Azərbaycanda 5,5 milyon nəfər tibbi müayinədən keçirilib

Ölkədə əhalinin tibbi profilaktik müayinəsi başa çatdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əhalinin tibbi profilaktik müayinəsi 2017-ci ilin fevral ayının 15-də başlayıb, mayın 15-də bitib.
Hesabat dövründə 5 499 863 nəfər müayinə edilib, onlardan 2 640 119-u kişi, 2 859 744-ü qadındır. Bakı şəhəri üzrə 1 308329 nəfər tibbi profilaktik müayinələrdən keçib.
Respublika üzrə müayinədən keçirilmiş şəxslərdən 2 041 388 nəfər əlavə müayinələrə cəlb olunub, 68 427 nəfər dispanser nəzarətə alınıb, 27 059 nəfər hospitalizasiya olunub.
Müayinələr zamanı aşkar olunan ilkin xəstəliklər arasında üstünlüyü qan dövranı sistemi xəstəlikləri (17,2%), tənəffüs sistemi xəstəlikləri (16,8%), həzm sistemi xəstəlikləri (11,7%) təşkil edib.