Bakı metrosunda faciəli hadisə: 83 yaşlı kişi özünü qatarın altına atıb

İyunun 18-də Bakı metrosunun “Elmlər Akademiyası” stansiyasında yaşlı bir insan vəfat edib.
Hadisə nəticəsində qatarın altına yıxılan 1934-cü il təvəllüdlü Xəlilov Səyyad Şirin oğlu həkimlərin səyinə baxmayaraq ölüb.
83 yaşlı kişinin intihar məqsədi ilə özünü qatarın altına atdığı bildirilir. Səyyad Xəlilov saat 12:33-də özünü qatarın altına atıb.
Dərhal platformaya daxil olan qatar cərəyandan ayrılıb və saat 12:50-də S.Xəlilov huşsuz vəziyyətdə qatarın altından çıxarılıb.
Onun bədənində hər hansı sınıq xəsarətinin olmadığı, yəni qatarın altında qalsa da, ortadakı boşluğa düşdüyü deyilir.
Amma hadisənin şoku altında olan yaşlı kişinin ürəyi partlayıb və onun həyatını xilas etmək mümkün olmayıb.