Bakıda bina yandı — sakinlər təxliyyə olundu

Bakının Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Abzas.net xəbər verir ki, binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd sayğac yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 14 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxlıyyə olunub.

Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.