Bakıda hündürlükdən yıxılan 2 yaşlı uşaq xəstəxanada ölüb

Bakıda yaşadığı mənzilin ikinci mərtəbəsindəki pəncərəsindən yıxılan iki yaşlı uşaq xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, hadisə iyunun 28-də Xətai rayonu ərazisində baş verib.
Belə ki, 2015-ci il təvəllüdlü Rəvan Bəydəmirli müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
R.Bəydəmirli bu gün xəstəxanada dünyasın dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.