Bakıda yük maşını aşıb – [Foto]

“Sədərək” ticarət mərkəzinin yaxınlığında “Shacman” yük maşını aşıb.
BakuPost.az xəbər verir ki, hadisə ticarət mərkəzinə yaxın dairəvi yolda qeydə alınıb. Belə ki, Lökbatandan üzü şəhər istiqamətində hərəkət edən 99 JE 572 dövlət nömrə nişanlı ağır tonnajlı avtomobil yolun qırağında yerləşən kanala düşüb və aşıb.
İlkin ehtimala görə, hadisəyə səbəb sürücünün diqqətsizliyi olub.