Bayram günləri üçün dolların məzənnəsi açıqlandı

İyunun 29-na olan manat-dollar məzənnəsi açıqlanıb. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7022 səviyyəsində müəyyən olunub.
İyunun 24-dən 28-nə qədər qeyri-iş günü olduğundan Mərkəzi Bank növbəti iş günü üçün məzənnələri elan edib. Bu günlər ərzində məzənnən stabil qalacaq.
İyunun 23-də USD/AZN rəsmi məzənnəsi 1,7022 səviyyəsində olub.