Bloklanmaq təhlükəsindən sonra, Telegram rus App Store top siyahısının başına keçib

Telegramın Messengeri 27 iyun tarixində Apple App Store dükanlarının rus versiyasında pulsuz olan proqrammlar içində birinci yeri tutub.
Abzas.net xəbər verir ki, bir gün öncə 7-ci yerdə olan Telegramın bu qədər irəli çıxmasına səbəb isə bloklanmaq təhlükəsidi.
Bundan əlavə, son 5 gün ərzində Messenger (Telegram) İphone üçün olan proqrammların siyahısında 15 pillə irəliləyib və “sosial şəbəkələr” və “messengerlər” axtarış kateqoriyaları üzrə axtarış sistəmlərində ilk üçlüyə daxil olub.