Braziliya prezidentinin köməkçisi korrupsiya işi üzrə həbs edilib

Braziliya prezidenti Mishel Temer-in köməkçisi və dostu Rocha Loures korrupsiya işi üzrə həbs edilib.
Reuters xəbər verir ki, bu barədə federal polis nümayəndəsi məlumat verib.
Yayılmış videoda prezidentin dostunun içərisində nağd şəkildə 154 min dollar olan çanta daşıdığı görünür. Prokurorluq bunun JBS SA şirkətindən alınan rüşvət olduğunu hesab edir.
Qeyd edək ki, daha əvvəl Braziliya Ali Məhkəməsi “Globo” portalında yayılmış səs yazısından sonra deputatlardan birinin istəyi əsasında ölkə prezidenti Mishel Temer-ə qarşı istintaq aparılmasına icazə verib.
Yayılan səs yazısında M.Temer “Petrobras” neft şirkəti ətrafındakı korrupsiya işi ilə əlaqədar susması qarşılığında Deputatlar Palatasının keçmiş rəhbəri Eduardu Kunyaya 630 min dollar ödənilməsinə tapşırıq verir.
Dövlət başçısı ittihamları rədd edir və istefa verməyəcəyini bildirir.