Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır

Bu gün, iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işinə başlayır.
Abzas.net Assambleyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya zamanı Avropa Şurasının baş katibi Tyurbyorn Yaqland və Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Çexiyanın xarici işlər naziri Lübomir Zaoralek AŞPA deputatları qarşısında çıxış edəcək.
Sessiya müddətində həmçinin, Monteneqronun baş naziri Duşko Markoviç və Moldovanın baş naziri Pavel Filip də parlamentdə ölkələrindəki vəziyyətlə bağlı çıxış edəcəklər.
Azərbaycan nümayəndə heyəti AŞPA sessiyasının işində iştirak edəcək.
Sessiyanın işi iyunun 30-da yekunlaşacaq.