Ermənistan parlamentinin sədr müavini AŞPA-nın vitse-spikeri seçildi

Ermənistan parlamentinin sədr müavini Arpine Hovannisian Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-spikeri seçilib.
“İyunun 26-da AŞPA-nın sesiyasının açılışında Ermənistan parlamentinin sədr müavini, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Arpine Hovannisian AŞPA-nın vitse-spikeri seçilib”, Ermənistan parlamenti mətbuat xidmətinin məlumatında bildirilir.
Ermənistanın nümayəndə heyəti AŞPA-nın yay sesiyasında iştirak etmək üçün iyunun 25-dən Strasburqdadır.