“Facebook” serial çəkəcək

Facebook şirkəti bir neçə serialın çəkilişi ilə bağlı hollivud studiyaları ilə danışıqlar aparır.
Abzas.net “The Wall Street Journal”a istinadən xəbər verir ki, sosial şəbəkə bir seriyası təxminən 3mln dollara başa gələn proektlərə üstünlük verəcək. Facebook serialları 13-34 yaş arası olan hədəf auditoriyası üçün çəkməyi planlaşdırır. Məlumata görə Facebook artıq 2 proektin çəkilişi ilə bağlı razılığa gəlib – münasibətlər haqqında serial və teleoyun.
Facebook Netflix kimi bütov bir sezonu birdən yox, hər seriyanı növbə ilə yayımlamağı planlaşdırır.