Faiq Əmirlinin səhhətinin daha da pisləşdiyi deyilir

“Azadlıq” qəzetinin yayım direktoru və AXCP sədrinin köməkçisi Faiq Əmirlinin səhhətində problemlər kəskinləşib. Bu barədə onun xanımı Lalə Əmirli qəzetə məlumat verib.
Səhhətinin pisləşdiyini F.Əmirli özü həyat yoldaşına iyunun 16-da onunla telefon danışığında deyib.
Bildirib ki, hələ də qida qəbul edə bilmir, yediyini dərhal qaytarır. Üstəlik ödündə də qatılaşma var, ağrıları kəskinləşib, sarı su qaytarır.
F.Əmirlinin sağlamlığına görə təcridxana şəraitində saxlanmasının doğru olmadığı, onun həkim nəzarətinə verilməsi və ciddi müayinə-müalicə edilməsinin gərəkliyi dəfələrlə qaldırılıb, lakin nə məhkəmə, nə də Penitensiar Xidmət bu barədə tələblərə məhəl qoyub.