Formula 1: Azərbaycan Qran Prisində rekord yenilənib

Dünən başa çatan Formula 1 üzrə Azərbaycan Qran Prisində 3-cü yer tutan “William” komandasının kanadalı sürücüsü Lance Stroll rekorda imza atıb.
Abzas.net xəbər verir ki, 18 yaş 239 gün olan kanadalı sürücü Formula 1 tarixində podiuma çıxan ən gənc debütant olub.
Bundan əvvəlki rekord keçən il İspaniya Qran Prisini qazanan hollandiyalı pilot Max Verstappenə məxsus idi. Verstappen Lance Strolldan 19 gün böyükdü.
Kanadalı idmançı həm də Azərbaycan Qran Prisinin ən yaxşı sürücüsü nominasiyasında qalib olub.
Dünənki yarışın qalibi “Red Bull” komandasının sürücüsü Daniel Ricciardo, ikinci yer isə “Mercedes”in üzvü Valtteri Bottas olub.