Formula 1: Daniel Ricciardo Azərbaycan Qran Prisinin qalibi olub [Fotolar]

Avstraliyalı Daniel Ricciardo Azərbaycandaki qələbəsilə Formula 1 mövsümündə yığdığı xalları 92-yə çatdırıb. Mövsümə başçılıq edən Sebastian Vettel-in 153 xalı və onun əsas rəqibi sayılan Lewish Hamilton-un 139 xalı var
Formula 1 üzrə Azərbaycan Qran Pri yarışını Red Bull komandasından Daniel Ricciardo olub.
İkinci yeri Mercedes komandasindan Valtteri Bottas, üçüncü yeri isə Williams komandasından Lance Stroll tutub.
Azərbaycan prezidenti İlham Əliyev, Mehriban Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdimetmə mərasimində çıxış ediblər.
Yarışın qalibini prezident İlham Əliyev, 2-ci yeri alan Valtteri Bottası birinci vitse-prezident və birinci xanıç Mehriban Əliyeva və 3-cü yeri alan Lance Stroll-u Anar Ələkbərov təltif ediblər.
Avstraliyalı Daniel Ricciardo Azərbaycandaki qələbəsilə Formula 1 mövsümündə yığdığı xalları 92-yə çatdırıb. Mövsümə başçılıq edən Sebastian Vettel-in 153 xalı və onun əsas rəqibi sayılan Lewish Hamilton-un 139 xalı var
Yarışdan sonra çıxış edən Daniel Ricciardo qələbəsini gözləmədiyini deyib.
Yarış zamanı Lewis Hamiltonun və Sebastian Vettelin maşınları toqquşub. Bundan əvvəl yarışa birinci sırada başlayan Lewis Hamilton və Sebastian Vettel toqquşduqdan sonra müvəqqəti olaraq 8-ci və 9-cu yerlərə düşüblər.
Formula 1 mövsümündə 1-ci və 2-ci yerləri tutan Sebastian Vettel və Lewis Hamilton yarışı 4-5-cı yerlərdə bitiriblər.
Toqquşmaya səbəbkar olmaqda təqsirləndirilən Vettel-ə 10 saniyaəlik cəza verilib.
Bu hadisədən əvvəl baş vermiş qəzalar nəticəsində 5 sürücü yarışı tərk etməli olub.
Azadlıq meydanında keçirilən açılış mərasimini ölkə prezidenti İlham Əliyev, onun xanımı və birinci vitse prezident Mehriban Əliyeva və prezidentin ailə üzvləri izləyib
Bundan əvvəl Azadlıq meydanında keçirilən açılış mərasimini ölkə prezidenti İlham Əliyev, onun xanımı və birinci vitse prezident Mehriban Əliyeva və prezidentin ailə üzvləri izləyib.
İkinci ildir Azərbaycanda keçirilən Formula 1 Grand Prix yarışları cümə günü start götürüb.
Cümə və şənbə günləri Formula 1 pilotlarının sərbəst yürüşləri baş tutub. Daha sonra sıralama turu keçirilib.
Bu gün Formula 1 üzrə Azərbaycan Qrand Prix yarışı başa çatır.