FTX iddia edir ki, Peterburq terroru “Telegram”ın köməyi ilə həyata keçirilib

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Peterburqda baş vermiş terror aktının “Telegram”ın köməyi ilə həyata keçirildiyini bəyan edib.
Abzas.net xəbər verir ki, FTX-in press relizində qeyd olunub: xüsusi xidmət orqanlarının əlində ölmüş terroristin, onun təchizatçılarının və xarici idarəedicilərin terror aktının təşkilinin hər mərhələsində “Telegram” vasitəsilə yazışdıqlarına dair dəqiq sübütlar var.
FTX əlavə edib ki, beynəlxalq terror təşkilatları total şəkildə messengerlərdən istifadə edirlər. Təhlükəsizlik Xidmətinin fikrincə bunların içində ən çox yayılmışı məhz “Telegram”dır. Çünki burda yüksək səviyyədə kodlaşdırılmış gizli qruplar yaradıb, orada yazışmaq olur.
Xatırladaq ki, 23 iyunda Kommunikasiyaya Nəzarət üzrə Federal Xidmətin rəhbəri Aleksandr Jarkov “Telegram”-ın yaradıcısı Pavel Durova açıq məktub yazmışdı. O Durovu servisi Rusiya ərazisində informasiya yayımı kimi qeydiyyatdan keçirməyə çağırdı.
Cavabında isə Durov bildirdi ki, yazışmaların kodlaşdırılması yalnız “Telegram”da deyil, bir çox digər şəbəkələrdə də mövcuddur. Durov əlavə edib ki, messenger davamlı olaraq terroristlərlə əlaqəli olan çatları blok edir.
“Telegram”ın Rusiya ərazisində bloklanmasına çağırışlara cavabında isə Pavel Durov bildirib ki, terrorizmə qarşı bloklama ilə mübarizə aparıb qalib gəlmək istəyirlərsə, burda hər hansısa bir saytı bloklamaqla bunu bacarmayacaqlar. Gərək internetə blok qoyulsun.