Gürcüstan parlamentində Əfqan Muxtarlı ilə bağlı narazılıq davam edir

Gürcüstan parlamenti
Gürcüstan parlamentinin üzvləri jurnalist Əfqan Muxtarlının işinə parlamentin cəlb edilməsi formatı ilə bağlı razılığa gələ bilmirlər. Bu barədə Azadlıq qəzeti məlumat yayıb.
Müxalifət yüksək vəzifəli rəsmilərin məsuliyyətə cəlb edilməsi ilə birlikdə parlament istintaq komissiyasının yaradılmasını tələb edir.
Hüquqi məsələlər komitəsinin sədri Eka Beselia məsləhətləşmələrin aparılmasını zəruri hesab edir.
“Bu, konspirativ görüş olmayacaq, görüş nə açıq, nə də canlı olacaq, çünki biz bu toplantıdan çoxlu informasiya əldə etmək istəyirik, hansı ki, bəzi narahatlıqlar yarada bilər. Çünki bu iş iki ölkə arasındakı əlaqələrə təsir edir”, – Eka Beselia deyib.
“Azadlıq Hərəkatı – Avropa Gürcüstanı” parlament fraksiyasının sədri Gigi Tsereteli deyib ki, partiya ilk gündən hüquq-mühafizə orqanları ilə görüş tələb edib.