“Hökumət dəlilləri və jurnalistin yerdəyişməsi haqqında videomaterialları yaymalıdır”

Jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı hadisə qonşu ölkənin gündəmini zəbt edib. Prezidentdən müxalifət partiyalarına, hüquq müdafiəçilərindən, jurnalistlərə, fəalara qədər bir çox insan bu məsələ münasibət bildirir.
Abzas.net xəbər verir ki, Gürcüstanın sabiq müdafiə naziri Tina Khidasheli də jurnalistin Gürcüstanda “yoxa çıxmasından” və Azərbaycanda “peyda olmasından” danışıb.
Sabiq müdafiə naziri bildirib ki, Gürcüstan hökumətinin Muxtarlının işi haqqında bəyanatları “qətiyyən inandırıcı deyil”:
“Mümkün deyil ki, ölkənin demokratiya iddiaları olsun və onun ərazisində insan oğurlansın, sonra vaxtilə siyasi təhlükə ilə əlaqədar qaçdığı ölkəyə aparılsın. Buna görə hökumət artıq dəlilləri dərc etməli, bu şəxsin yerdəyişməsi haqqında videomaterial yaymalıdır”.
Sabiq nazir Tina Khidasheli jurnalistin həbsi ilə Gürcüstan hakimiyyətinin əlaqəsinin olması ilə bağlı versiyalara da münasibət bildirib. 
“Hakimiyyətin bunda iştirak etməsi haqqında variant dəhşətdir, iştirak etməməsi və xüsusi əməliyyatı başqa ölkənin həyata keçirməsi variantı isə daha böyük miqyaslı dəhşətdir. Bu ölkənin əhalisi nə baş verdiyini bilməlidir və bunu edənlərin məsuliyyəti məsələsi qaldırılmalıdır”, – deyə Tina Khidasheli bildirib.
Vəkillər Əfqan Muxtarlının mayın 29-da Tiflisdə kriminal polis tərəfindən saxlanıldığını və Azərbaycan sərhədçilərinə təhvil verildiyini bildirir.
Mayın 31-də Səbail rayon Məhkəməsi jurnalist haqqında 3 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edib.
Azərbaycan Baş Prokururluğu və Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, Əfqan Muxtarlı Azərbaycan dövlıət sərhəddini qanunsuz keçərkən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 3 maddəsi – qaçaqmalçılıq, dövlət sərhəddini qanunsuz olaraq keçmək və hakimiyyət nümayəndəsinə qarşı müqavimət maddələri ilə iş açılıb.
Amnesty International jurnalisti vicdan məhbusu elan. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlının həbsinə etiraz bəyanatları yayıb.