Kiprdə biznes mərkəzində partlayış olub

Kiprin Limasol şəhərində biznes mərkəzinin girişində partlayış baş verib.
APA-nın “life.ru”ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ofis binası və yaxınlıqda olan binalara ciddi ziyan dəyib.
Ölən və ya yaralananlar barədə məlumat yoxdur.
Yerli polis baş vermiş partlayışla bağlı araşdırma aparırlar. Hadisənin terror aktı olub-olmaması hələlik məlum deyil.