Məcburi köçkünlərin binası yanıb, xəsarət alanlar var [Foto-video]

Bu gün səhər saatlarında Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı keçmiş yataqxanasında yanğın baş verib.
Abzas.net xəbər verir ki, hadisə nəticəsində binaya ciddi ziyan dəyib. Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov hadisə yerinə gəlib. Narazı insanlar komitə sədrini fitə basıblar.
Bunada Füzuli, Cəbrayıl və digər rayonlardan olan yüzlərlə qaçqın məskunlaşıb. Yanğın nəticəsində xəsarət alanlar var.
Qaçqınlar bildiriblər ki, 24 ildir ki, acınacaqlı şəraitdə yaşayırlar. Hakimiyyət adamları normal şəraitlə təmin etmək əvəzinə sarayların və abidələrin tikintisi ilə məşğuldur.
Ə.Həsənov xəsarət alanlara nə etmək niyyətində olduğunu açıqlamayıb. Çoxlu sayda məcburi köçkün əmlaksız, evsiz qalıb. Bina sakinləri arasında əlil və yaşlı insanlar da var.