“Moody’s” Azərbaycanın 4 bankının reytinqini aşağı salıb

İyunun 14-də “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi  dörd Azərbaycan bankının göstəricilərini azaldıb.
Abzas.net xəbər verir ki, agentliyin məlumatına görə, reytinqi azaldılan Azərbaycan bankları bunlardır: Bank Respublika, Bank of Baku , VTB Bank (Azərbaycan) və Xalq Bankın.
Reytinqlərin azaldılması, manatın devalvasiyalarının mənfi təsiri fonunda davamlı əlverişsiz şəraitdə fəaliyyət göstərən bankların kapital buferlərinin, maliyyələşmələrinin və likvidliklərinin pisləşməsini əks etdirir.