NATO baş katibi: “ABŞ Avropada hərbi mövcudluğunu genişləndirib”

“ABŞ Avropada hərbi mövcudluğunu genişləndirib”.
“Gazeta.ru” saytının verdiyi məlumata görə, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.
O bildirib ki, hazırda ABŞ-ın Avropada iki deyil, üç briqadası var.
“Birləşmiş Ştatların Avropada hərbi mövcudluğunu artırması Vaşinqtonun alyans üzvlərinə yardım etmək prinsiplərinə sadiqliyini göstərir”, – deyə Y. Stoltenberq vurğulayıb.