Poroshenko Avropa ilə vizasız rejimin tətbiqinə başlandığını elan edib

Ukrayna prezidenti Petro Poroshenko ölkə vətəndaşları üçün Aİ ilə vizasız rejimin tətbiq edilməyə başlandığını təntənəli şəkildə elan edib.
Bu barədə  Poroshenko sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, artıq Ukrayna üçün vizasız rejimin tətbiqinə başlanılıb: “Avropaya eşq olsun! Ukraynaya eşq olsun!”.
Ukrayna vətəndaşları biznes, turizm və ailə səyahətləri də daxil olmaqla 90 gün ərzində Şengen zonasında qala bilərlər. Sənəd iyunun 11-dən qüvvəyə minib.