Prezident Administrasiyasında yeni şöbə yaradılıb

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb.
Bu, İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsidir.
Hələ ki, şöbə müdiri vəzifəsinə təyinat olmayıb.
Bununla da PA-da şöbələrin sayı 16-a çatdırılıb.
Bundan əvvəl PA-da iki yeni şöbə yaradılmışdı. Bunlar Gənclər siyasəti və idman məsələləri şöbəsi və Millətlərarası münasibətlər və multikulturalizm və Dini məsələlər şöbəsidir.