Qəddafinin oğlu azadlığa buraxılıb

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl İslam Qəddafi ölkənin Zintan şəhərindəki həbsxanadan azadlığa buraxılıb.
“RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Seyf əl İslam Qəddafini həbsdə saxlayan yerli silahlı qruplaşmanın bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki,  Qəddafinin oğlu Liviya parlamentinin qəbul etdiyi ümummilli amnistiya qərarı əsasında iyunun 9-da azadlığa buraxılıb.
Qəddafinin qohumları Seyf əl İslamın Zintan şəhərini artıq tərk etdiyini və təhlükəsiz yerdə olduğu bildiriblər.
Seyf əl İslam 2011-ci ildə əsir götürülərək indiyədək  Liviya həbsxanasında saxlanılıb. O 2015-ci ildə ölüm cəzasına məhkum edilmişdi.