Qəndab Quliyevanın həkimi: “Onun ölümü ilə bağlı yayılan xəbərlər əsassızdır”

“Xalq artisti Qəndab Quliyevanın vəziyyəti olduqca ağırdır”.  
Bunu xalq artisti Qəndab Quliyevanın müalicə olunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Şahin Xəlilov deyib. Həkim bildirib ki, onun ölümü ilə bağlı yayılan xəbərlər əsassızdır.
Onun sözlərinə görə, xalq artisti süni tənəffüs aparatına qoşulub: “O, ürək çatışmazlığından əziyyət çəkir. Bununla yanaşı sənətkarda böyrək çatışmazlığı və digər digər problemlər də var”.
Xalq artisti Qəndab Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyasına yerləşdirilib.
Ona ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub.