Qətər ABŞ-dan 12 milyardlıq qırıcı alır

Qətər ABŞ-la 36 ədəd “F-15” tipli qırıcı təyyarənin alınmasına dair təqribən 12 milyard dollar məbləğində müqavilə imzalayıb.
Bu barədə Pentaqonun bəyanatına istinadən “Bloomberg” məlumat yayıb.
Saziş ABŞ prezidenti Donald Trump-ın bu yaxınlarda əmirliyin ünvanına söylədiyi tənqidlərə rəğmən imzalanıb. Amerika lideri Qətərin “çox yüksək səviyyədə” terrorçuluğun maliyyələşdirilməsi ilə məşğul olduğunu bəyan edib.
ABŞ-ın və Qətərin müdafiə nazirləri Ceyms Mettis və Xalid bin Məhəmməd əl-Atıyey arasında sazişin imzalanması üçün görüş iyunun 14-də keçirilib.