Son dəyişikliklərdə Məhərrəm Əliyev də vəzifəsini itirdi

Azərbaycan Prezident Administrasiyasının yeni strukturu təsdiqlənib və administrasiyanın bəzi vəzifəli şəxsləri yeni strukturda yer almayıb.
Abzas.net xəbər verir ki, struktur dəyişikliklərindən sonra postunu itirən şəxslərdən biri də Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevdir.
Polis general-leytenantı M.Əliyev bir neçə il diplomatik fəaliyyətdən sonra bu vəzifəyə təyin olunmuşdu.
İyunun 1-də İlham Əliyevin sərəncamı ilə prezident administrasiyasında struktur dəyişiklikləri həyata keçirildi. Dəyişikliklərdən sonra prezidentin bir neçə köməkçisi və dövlət müşavirləri vəzifələrini itirdi.