Tramp və Putin görüşü gözlənilir – görüş baş tutacaqmı?

“Ölkə.Az” xəbər verir ki, görüş Hamburqda keçiriləcək G20 sammitində baş tuta bilər.
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp görüşə bilər.
Görüş haqqında açıqlama versə də, Amerika tərəfi hələlik məsələyə münasibət bildirmək istəməyib.
7 iyun tarixində Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov da Putinlə Trampın Hamburqda keçirilən “G20” sammitində görüşü barədə məlumat vermişdi. Bununla yanaşı, Peskov dəqiq tarix barədə məlumat verməmişdi.
Xatırladaq ki, may ayının əvvəlində Putinlə Tramp arasında telefon danışığı baş tutub. Söhbətin nəticələrini şərh edən Lavrov da iki liderin Hamburqda görüşə biləcəyini bəyan etmişdi.