Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi təlimləri başlayır

Azərbaycan, Gürcüstan və Türkiyə arasında birgə hərbi təlimlər keçiriləcək.
Hərbi təlimlər iyunun 4-14-dək Gürcüstanda baş tutacaq.
“Qafqaz qartalı” adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edəcək.
Təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır.
Bu formatda təlimlər artıq iki dəfə keçirilib. Sonuncu təlimlərə Türkiyə ev sahibliyi edib.