Ümumdünya borcu rekord həddə, 217 trillion dollara çatıb.

2017-ci ilin birinci kvartalında ümumdünya borcu 217 trillion dollara, və ya Dünya ÜDM-un 327 faizi qədər artıb. 
Abzas.net RBK-ya istinadən xəbər verir ki, bu məlumatlar Beynəlxalq Maliyyə İnstitutu tərəfindən hazırlanmış icmalda qeyd olunub.
2016-cı ilin sonlarından bəri, hökümətlərin, bankların, korporasiyaların və s. borcları özündə əhatə edən ümümdünya borcu 600 milliard dollar artıb.
Bu kvartal ərzində iki ölkədə borc daha çox, 2 milliard dollar artıb. Bunlar ABŞ və Çindir. Çinin borcu 32.7 trillion dollara çatıb. ABŞ-da isə 63 trillion dolları keçib. Bununla bərabər ABŞ-da ÜDM borcdan daha sürətlə artıbdı, Çində isə əksinə.
Rusiyada borcla ÜDM-un nisbəti azalıb. Beynəlxalq Maliyyə İnstitunun məlumatına görə, 2016-cı ilin martından bu ilin martına qədər olan bir il ərzində Rusiyanın dövlət borcu ÜDM-un 15.9 faizindən 16.3 faizə qədər artıb.
İcmalın müəllifləri qeyd edirlər ki, qlobal bor məsələsi qeyri-bərabər şəkildə bölünüb. “Bəzi ölkələrdə/sahələrdə o azalır, digərlərində isə əksinə çoxalır. Sonuncularda borcun çoxalmağı uzunmüddətli artımın önündə əngəl ola bilər” – deyə Beynəlxalq Maliyyə İnstitutu xəbərdarlıq edib.