Valyuta hərracında dollar bir qədər də bahalaşıb

İyunun 6-sı Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Abzas.net xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. Xəbərə görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7022 olub.
İyunun 6-sına olan rəsmi məzənnəyə görə, bir dollar 1.7021 manata bərabər idi.
Son 3 ayda manat dollara nisbətən möhkəmlənirdi. İqtisadçılar bunun müvəqqəti hal olduğunu söyləyirdi.