Yanukoviçi vətənə xəyanətlə mühakimə edəcəklər

Obolon rayon məhkəməsi qərar verib ki, Ukraynanın keçmiş przidenti Viktor Yanukoviçin vətənə xəyanətlə bağlı işi onun iştirakı olmadan davam edəcək. Məhkəmə bu qərarı Yanukoviçin sayca 2-ci iclasda iştirak etməməsinə görə verib.
Abzas.net xəbər verir ki, öz qərarında hakim Vladislav Devyatko qeyd edib ki, Yanukoviçə məhkəmədə “Skype”-la qoşulmağı təklif ediblər, lakin o imtina edib.
Keçmiş prezidentin vəkilləri pu prosedurdan imtina edərək bildiriblər ki, bu rəsmi qeyd olunmayıb, deməli müdafiənin sübutları sonradan qəbuledilməz elan oluna bilər.
Bunun əvəzində müdafiəçilər xahiş ediblər ki, məhkəmə Rostovun vilayət məhkəməsilə video-körpü üçün Rusiya Ədalət Nazirliyinə sorğu göndərsin. Məhkəmə bunu etməkdən imtina edib.
Yanukoviç haqqında vətənə xəyanət işi üzrə məhkəmə 4 may 2017-ci ildə başlayıb. Yanukoviçi, 2014-cü ildə, etiraz aksiyalarının qaynar vaxtında Rusiyadan Ukraynaya qoşun yeritməsini xahiş etməkdə ittiham edirlər.
Yanukoviç özü 2014 ildə Rusiyaya gedib və hal-hazırda da orda yaşayır.