Əfqanıstanda “Taliban”-ın rəhbərinin oğlu özünü partladıb

Əfqanıstanda “Taliban” terror təşkilatının rəhbərinin oğlu özünü partladıb.

Abzas.net xəbər verir ki, bu barədə təşkilatın üzvünə istinadla “Reuters” məlumat yayıb.

Bildirilir ki, 20 iyulda “Taliban” terror təşkilatının rəhbəri olan Heybətulla Axundzadənin oğlu Əfqanıstanın cənubunda yerləşən Qilmende vilayətində özünü partladıb.

23 yaşlı Abdur Rəhman partlayıcı quraşdırılmış maşını ilə Qirişk şəhərindəki hərbi bazaya daxil olub.

Terror aktı nəticəsində neçə nəfərin xəsarət aldığı məlum deyil. Əfqanıstan rəhbərliyinin nümayəndəsi hadisənin araşdırıldığını, lakin hələ Abdur Rəhmanın ölümünü təsdiqləyə bilmədiklərini açıqlayıb.