Əliyar Ağayev Çempionlar Liqasında növbəti oyuna təyinat alıb

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasında daha bir oyuna təyinat alıb.

“Report”un məlumatına görə, Ağayev III təsnifat mərhələsi çərçivəsində Rumıniyanın “Styaua” və Çexiyanın “Viktoriya” komandaları arasında keçiriləcək oyuna baş hakim təyin olunub.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qarşılaşma iyulun 25-də keçiriləcək.