33 qəzetə pul ayrıldı [siyahı]

Azərbaycan qəzetləri
İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.
1. Fondun 2017-ci ilin II yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi və təsdiqi;
2. Cari məsələlər:
Abzas.net xəbər verir ki, Fondun icraçı direktoru V.Səfərli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb.
Həmin qəzetlərin layihələrinin 2017-ci ilin I yarısında da Fond tərəfindən maliyyələşdirildiyini deyən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib.
Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.
Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2017-cı ilin ikinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
2017-ci ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı: