“470 min suriyalı evinə qayıtdı” – BMT hesabat yayıb

BMT-nin Qaçqınlarla iş üzrə təşkilatı yeni hesabat yayımlayıb.
Hesabata əsasən 2017-ci ildə evindən uzaqda yaşayan 470 mindən çox suriyalı vətəninə qayıdıb.
Onlardan 440 mini Suriya daxilində evindən uzaqda yaşayanlar, 31 mini isə ətrafdakı ölkələrə sığınan suriyalılardır.
Qurumun mətbuat katibi Andrey Maheçiç bildirib ki, suriyalıların əksəriyyəti Hələb, Hama, Xums və Dəməşqə geri qayıdıb.