ABŞ-ın baş prokuroru Trump-ın tənqidlərinə baxmayaraq, vəzifəsində qalacaq

ABŞ-ın baş prokuroru prezidentin tənqidlərinə baxmayaraq, vəzifəsində qalacağını bəyan edib. Donald Trump Jeff Sessions-u çiddi şəkildə tənqid edib.

Prezident New York Times qəzetinə deyib ki, o, Sessions-un istintaqdan uzaq duracağını daha öncədən bilsə idi, həmin vəzifəyə başqa bir adam təyin edərdi.

Trump qəzetə bildirib ki, Sessions-un davranışı “prezidentə münasibətdə ədalətsizlik” idi.

Sessions özünü kənara çəkəndən sonra, onun müavini istintaqı davam etdirmək üçün xüsusi müstəntiq təyin etmişdi. Həmin istintaq həm də, Trump-ın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlaqələri də araşdırır.

Tramp bildirib ki, bu istintaq üçün xüsusi müstəntiq təyin edilməməli idi.

Senat və Nümayəndələr Palatası komitələri də öz istintaqlarını aparır.