Abşeron İcra Hakimiyyətinin işçiləri atəşə tutulub

Xırdalan şəhər sakini, 75 yaşlı Eldar Namazov Abşeron Rayon İcra Hakimiyyətinin işçilərinə odlu silahdan atəş açıb.

“Report”-un məlumatına görə, məmurlar Xırdalan şəhərində qanunsuz görülən inşaat işlərinin qarşısını almaq istəyən zaman ev sahibi ilə aralarında insident yaranıb.

Abşeron Rayon Prokorurluğundan verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Eldar Namazov saxlanılıb. Ondan “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.