“Arsenal” klubu Aleksandr Lyakazett üçün rekord məbləğ ödəyəcək

Fransanın “Lion” klubunun futbolçusu Aleksandr Lyakazett bu gün İngiltərə təmsilçisi “Arsenal”la müqavilə bağlamaq üçün Londona yollanacaq.

“Report”un “The Telegraph” nəşrinə istinadən verdiyi məlumata görə, “topçular” 26 yaşlı hücumçu üçün qarşı tərəfə 46 milyon funt-sterlinq ödəyəcək. Bu, “Arsenal”ın tarixində rekord məbləğ olacaq.

Daha əvvəl Mesut Özilin İspaniya “Real Madrid”indən alınması üçün bundan yarım milyon az vəsait xərclənib. Üstəlik, müqavilədə “Lion”a 6 milyon funt sterliqə qədər bonusların ödənilməsi də nəzərdə tutulub.

Futbolçunun özü ilə isə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 2010-cu ildən əsas komandada çıxış edən Aleksandr Lyakazett “Lion”un yetirməsidir. O, ötən müddət ərzində iştirak etdiyi 203 rəsmi matçda 100 qol vurub. 26 yaşlı forvard 2013-cü ildən Fransa yığmasına dəvət alır.