Azərbaycanda sənaye istehsalının 84%-i paytaxtın payına düşüb

Cari ilin yanvar-may ayları ərzində Azərbaycanda sənaye istehsalının 83,94%-i və ya 15 710,5 mln. manatı Bakı şəhərinin payına düşüb.

“Report”un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun isə 93,4%-i və ya 5 298,1 mln. manatı paytaxt üzrə həyata keçirilib.

Statistikaya əsasən, yanvar-aprel ayları üzrə Bakıda hər bir işçiyə düşən orta aylıq əmək haqqı ölkə üzrə olan göstəricini 255,6 manat üstələyərək 776,1 manat təşkil edib. Qeyd edək ki, həmçinin paytaxtda orta aylıq əmək haqqının illik artımı cəmi ölkə üzrə artımı 1,6 faiz bəndi üstələyərək 8,4% təşkil