Azərbaycanda vergi daxilolmaları 3.4 mln manat təşkil edib

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın vergi ödəyiciləri dövlət büdcəsinə 3 352,376 mln. manat məbləğində vəsait ödəyib.

Abzas.net xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildiriblər.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 162 min manat və yaxud 5,1% çoxdur.

Yarım il ərzində Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 102,5% əməl olunub.