Səudiyyə Ərəbistanında kralı mədh edən köşə yazarı işdən çıxarılıb

Səudiyyə Ərəbistanında çıxan “Əl-Cəzirə” qəzetinin köşə yazarı kral Salmanı yalnız Allaha xas ifadələrlə təriflədiyindən müvəqqəti olaraq, işdən azad edilib.

“Report” BBC-yə istinadən xəbər verir ki, jurnalist kralın istəyi ilə cəzalandırılıb.

İnformasiyaya əsasən, jurnalist kralı Allahın 99 adından 22-cisi “əl-Həlim” (xoşrəftar) və “şadid əl-ikab” (şiddətli cəza verən) yazaraq, mədh edib.

Düzdür “şadid l-ikab” Allah sifətlərindən sayılmasa da, bu ifadə ənənəvi Allahsızlığı təsvir edən epitetlərdən sayılar. Krallıq qayadalarına əsasən, hər iki ifadənin insanlara aid edilməsi arzuedilən deyil.

“Əl-Cəzirə” qəzetinin məşhur “Al-Jazeera” holdinqi ilə heç bir əlaqəsi yoxdur.