BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Azərbaycana gələcək

BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yencha Azərbaycana səfər edəcək.

BMT nümayəndəsi iyulun 20-21-də Bakıda keçiriləcək Qüds məsələsi üzrə beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələcək.

М.Yencha tədbirdə məruzə ilə çıxış edəcək.

Konfransda həmçinin, İslam Əməkdaşlıq Təşkilatının və Fələstin dövlətinin rəsmilərinin çıxışları gözlənilir.