Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir

Dövlət İmtahan Mərkəzi (DİM) 2017-2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün iyulun 14-də II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir. Xəbəri DİM yayıb.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada olmaqla 11 şəhərdə aparılır.

Bütün imtahanlar eyni vaxtda saat 11:00-da başlanır və 3 saat davam etməsi nəzərdə tutulur: “İmtahanda 34041 abituriyentin iştirakı nəzərdə tutulur, onlardan 17888 abituriyent II qrup üzrə, 16153 abituriyent III qrup üzrə imtahan verəcək”, – DİM bildirir.

Abituriyentlərdən 31037 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 16009, III qrup üzrə 15028 nəfər), 3004 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1879, III qrup üzrə 1125 nəfər) məzunudur.

DİM xəbərdarlıq edir ki, abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni, 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

DİM bildirir ki, göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

Xatırladaq ki. bu ildən qəbul imtahnlarında dəyişiklik edilib, belə ki, qəbul imtahanları iki dəfə keçirilir. İlk dəfə imtahana daxil olanlar üşün oimtahan ödənişsizdir, ikinci dəfə imtahan qatılmaq istəyənlər ödəniş etməlidirlər.

İlk qəbul imtanaları aprlein 30-u və mayın 7-də keçirilib.