Cəbhəçi gənc saxlanılıb

AXCP Gənclər Komitəsinin Sumqayıt şöbəsinin sədri Ruslan Qara polislər tərəfindən saxlanılıb.

AXCP GK-dən Abzas.net-ə verilən məlumata görə, polis əməkdaşları Ruslan Qaranı Sumqayıtda “Mersedes” markalı maşına zorla mindirərək naməlum istiqamətə aparıblar.

Ruslan Qara bu gün keçiriləcək “Samtredia”- “Qarabağ” oyununda erməni əsgərləri tərəfindən öldürülən iki yaşlı Zəhranın şəkillərin qaldırmağı təklif etmişdi.

Ruslan Qaranın harada saxlanıldığı bilinmir. Onun Sumqayıt Şəhər Baş Polis İdarəsində olduğu güman edilir.