Dövlət qulluğuna qəbulla bağlı yeni test imtahanlarının vaxtı açıqlanıb

“Dövlət qulluğuna qəbulla bağlı ilk hüquqi imtahan keçirilməzdən əvvəl sınaqlara və təlim proseslərinə başlanılacaq”.

Abzas.net xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, sınaqlar və təlim prosesləri sentyabrda, dövlət qulluğuna qəbulla bağlı yeni test imtahanlarının isə oktyabrda keçirilməsi nəzərdə tutulur.

M. Abbaszadə qeyd edib ki, artıq dövlət qulluğuna qəbulla bağlı bütün normativ-hüquqi sənədlər hazırdır.