Dünya birjalarında neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb.

Abzas.net xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,67 dollar və ya 1,37% artaraq 49,71 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,14 dollar və ya 2,21% artaraq 52,63 dollar olub.