Harlem Dezir ATƏT-in mətbuat azadlığı üzrə yeni nümayəndəsi təyin edilib

ATƏT-in KİV azadlığı üzrə yeni nümayəndəsi Fransalı diplomat Harlem Dezir olacaq. O, bu vəzifədə Dünya Miyatoviçi əvəz edəcək. Bu barədə Turan AFP-yə istinadla məlumat verib.

Dezirin namizədliyi ATƏT-in hazırki sədri, Avstriyanın XİN rəhbəri Sebastian Kurts tərəfindən təsdiq edilib. İyulun 18-də Dezirin rəsmi təyinatı həyata keçiriləcək.

Avropa Jurnalistlər Federasiyası (EFJ) bu təyinatı və Dezirin “ATƏT prinsiplərində və öhdəliklərində təsbit edilmiş əsas azadlıqların, xüsusən fikri ifadə azadlığının və kütləvi informasiya vasitələri azadlığının həyata keçirilməsinə fəal şəkildə yardım edəcəyi” haqqında bəyanatını alqışlayıb.