II və III ixtisas qrupları üzrə qəbul imtahanları iyulun 14-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. 

Abzas.net xəbər verir ki, imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Buraxılış vərəqəsi ilə yanaşı abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələrin, onların əməl etməli olduqları qaydaların və digər zəruri məlumatların toplandığı “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Əgər qeyd edilən sənədlərdən biri olmasa və ya sənədlər arasında uyğunsuzluq olsa abituriyent imtahana buraxılmayacaq.