İordaniyada İsrail səfirliyinə silahlı hücum baş verib: 2 nəfər ölüb

İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə silahlı hücum olub.

“Reuters”-in məlumatına görə, atışma nəticəsində naməlum silahlılardan biri öldürülüb, daha bir iordaniya vətəndaşı isə xəstəxanda aldığı güllə yarasından ölüb. Səfirliyin mühafizəçisi ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyri-rəsmi məlumatlara görə, İsrail səfirliyinin əməkdaşları arasında yaralılar var.

İordaniyanın “Al Ghad” qəzeti hücumun 17 yaşlı iordaniyalı tərəfindən törədildiyini bildirir. Məlumata görə, bıçaqla silahlanmış gənc  səfirliyin ərazisinə daxil olaraq bir nəfərə bıçaqla xəsarət yetirib. Bundan sonra o mühafizə xidmətinin əməkdaşları tərəfindən öldürülüb. Hadisə ilə əlaqədar hələ ki, rəsmi məlumat verilmir.